08.04.2022 | 14:30

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Ümumdünya Standartlaşdırma Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə AİBNDX-nin rəisi Məmməd Abbasbəyli standartlaşdırma sahəsində görülən işlər barədə məlumat verib, yeni standartların tətbiqinin proseslərin optimallaşdırılması, keyfiyyətin artırılması, insanların həyat və sağlamlığı, ətraf mühit və əmlakın mühafizəsi tədbirlərinin icrasında rolunu qeyd edib. Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru İlham Bayramov qurumun Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fondunda olan milli və dövlətlərarası standartlar və onların əhatə etdiyi sahələr barədə danışıb. Tədbirdə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov və AİKTSA-nın üzvləri o cümlədən “İnformasiya-kommunikasiya texnolgiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 05) rəhbəri Qulam Abdullayev və üzvləri iştirak ediblər.

Xəbər lenti

AİKTSA "E-qanun" mobil tətbiq versiyasının təqdimatında iştirak edib

İKT

09.09.2022

VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir? - Elvin Abbasov açıqlayır

İKT

20.09.2022

Ölkəmizdə İKT-nin inkişafını təşviq etmək məqsədilə birgə işlər görüləcək

İKT

10.10.2022