© 2022 All Rights Reserved.
Onun dünya elmində 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyrisəlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır.
O, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. Apardığı tədqiqatlarla əlaqədar bir sıra tanınmış şirkətlərdə çalışmışdır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunmuşdur.
Nobel mükafatı almış ilk və hələlik yeganə azərbaycanlı alimdir. O həm də Avstriyada MAGATE-də çalışan yeganə azərbaycanlıdır. O, 2005-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışan bütün digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır. Hazırda agentlikdəki departamentlərdən birində proqram təminatı yaradılması ilə məşğul olan bölümlərdən birinə rəhbərlik edir.