© 2022 All Rights Reserved.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” 12.08.2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37-2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir.
Birlik yaradılarkən onun məqsədlərindən biridə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərində, ictimai və beynəlxalq təşkilatlarda üzvlərinin maraqlarının fəal müdafiəsi,
onların biznes xidmətlərinə və yardıma ehtiyaclarının ödənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi olmuşdur.
Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan respublikasının Qanunu, digər
normativ-hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir. Birliyin baş qərargahı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan respublikasının banklarında hesablaşma
hesabı və digər rekvizitləri mövcutdur.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi-nin loqosu ağ fon üzərində göy (mavi) Buta, Butanın üzərində ki naxışlar elektron
sixem olaraq təsvir edilmişdir.
Logoda istifadə edilən Buta ― Azərbaycanın tanınmış nişanəsidir. Olduqca çox sirli tərəflərə malikdir. Buta bir çox qədim əsərlərimizdə də adı çəkilən bir nişanədir, onda tariximizin
izi var. Butanın sirriləri arasında Qız Qalası da gizlənir. Görünür bu səbəbə görə, xalqımız Butanı Azərbaycanın milli rəmzi hesab etmişlər. Buta yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir.
Dünyada 6 rəqəmini xatırladan ən məşhur üç tikili vardır: Bunlardan biri Misirdə, digəri Mesopatomiyada, digəri isə Bakıda yerləşən Qız Qalasıdır. Buta bizim tariximizin bir hissəsidir.
Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilmişdir. Butanın izahlı lüğətlə olan tərcüməsi belədir: qönçə və parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” Butanı rəsmi logosunda istifadə edərək milli mənsubiyyətini, məfkurəsini, təfəkkürünü və bir çox
xarakteriskasını Buta simvolu ilə ifadə edir həmcinin təşkilatın adı 6 kəlmədən ibarətdir, bu isə Butanın 6 rəqəmini ifadə etdiyi bir digər xüsusiyyətlərdən biridir. Butanın
naxışlarının elektron sixemə bənzədilməsi isə təşkilatın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyətini ifadə edir.
Logoda istifadə edilən göy (mavi) rəng əbədilik, sadiqlik rəmzidir. təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Mavi sülhü, sevgini ifadə edir. Bu rəng dünyagörüşünün artırması,
səyahət etmək, həyatı sevmək, qalib gəlmək və uğur qazanmağı kimidə xarakterizə olunur, Bu rəng təbiət ilə harmonyadadır, Tarixi mənbələrdə Azərbaycan xalqı göy (mavi) rəng başqa
mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu kimidə qəbul edir.
Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın
enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiramı bildirir.