Nizamnamə

I. ÜMUMİ MÜDDƏALAR

I.1. “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” ictimai birliyi (bundan sonra «Birlik» adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllü, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

I.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunu və digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

I.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs status əldə edir. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

I.4. Birlik Bakı şəhəri, Nizami küçəsi, 93 ünvanda yerləşir.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

II.1. Birliyin əsas məqsədi ölkədə informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək verməkdən ibarətdir.

II.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • informasiya-kommunikasiya infrastrukturunun inkişafı sahəsində mövcud problemləri təhlil edərək müvafiq təkliflərin hazırlanmasına kömək etmək;
  • bu sahədə normativ-texniki sənədlərin təkmilləşdirilməsinə kömək etmək;
  • informaisya-komminikasiya infrastrukturunun inkişafı sahəsində xarici ölkələrin müsbət təcrübələrini təbliğ etmək;
  • informaisya-komminikasiya infrastrukturunun inkişafı sahəsində ölkədə həyata keçirilən proqramlara dəstək vermək;

informasiya-kommunikasiya infrastrukturunun inkişafı sahəsində mövcud problemləri təhlil edərək müvafiq təkliflərin hazırlanmasına kömək etmək.
bu sahədə normativ-texniki sənədlərin təkmilləşdirilməsinə kömək etmək.
informaisya-komminikasiya infrastrukturunun inkişafı sahəsində xarici ölkələrin müsbət təcrübələrini təbliğ etmək.
informaisya-komminikasiya infrastrukturunun inkişafı sahəsində ölkədə həyata keçirilən proqramlara dəstək vermək.

II.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

  • Müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir;
  • Məqsədləri və fəaliyyəti barəsində məlumatları sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təssis edir;
  • Azərbaycan Respublikasının aidiyyatı dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

II.4. Birlik dövlət qeydiyyatına alındıqdan otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir:

II.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyə seçkilərində iştirak edə bilməz.

III. BİRLİYİN HÜQUQLARI

III.1. Birlik aşağıdakı hüquqlara malikdir:

  • Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
  • Fəaliyyəti barədə məlumatları sərbəst yayır;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  • Banklarda hesab açmaq və hesablaşmalar aparmaq;
  • Müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • Qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibklarlıq fəaliyyətiilə məşğul olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

IV.1. Birliyin mülkiyyətini binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

IV.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

IV.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

  • Təsisçilərin və birlik üzvlərinin müntəzəm və birdəfəlik üzvlük haqları;
  • İdarə, müəssisə, digər yerli və beynəlxalq təşkilatların, vətəndaşların könüllü verdiyi əmlak haqları və ianələr;
  • Səhmlər, istiqraz və başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;
  • Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  • Qrantlar
  • Sərgi, konsert və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • Qanunvericiliklə qadağan olunmayan başqa mədaxillər.

IV.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil;

IV.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir;

IV.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz;

IV.7. Birlik siyasi partiyalara maliyyə və başqa yardım göstərə bilməz;

IV.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

V.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər.

V.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

V.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvləri ola bilər. Birliyin təsisçiləri həm də birliyin üzvü hesab olunurlar.

V.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.

V.5. Birlikdə üzvlük üçün Mərkəzin İdarə Heyətinə yazılı ərizə ilə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələdə münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

V.6.Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı huquqlara malikdirlər;

  • Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barəsində məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  • Onun hüquq və vəzifələri ilə bağlı məsələlərin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

V.7. Birliyin üzvü yalnız Birliyin Ümumi Yığıncağı, İdarə Heyəti və Sədri tərəfindən səlahiyyət verildikdə Birliyi təmsil edə və onun adından bəyanatla çıxış edə bilər.

V.8. Birlik üzvləri aşağıdakı vəzifələri daşıyırlar;

  • Birliyin Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək.

V.9. Birliyin üzvlülük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

V.10. Birliyin üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

  • Birlik üzvlüyündən könüllü çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda.

V.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir;

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdiyində

V.12. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

V.13.Birlik üzvü həmin qərardan Birliyin ali idarəetmə orqanına və ya məhkəməyə şikayət etmək hüququ vardır.

VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

VI.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

VI.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərin birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

VI.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

VI.4. Ümumi Yığıncağın səlahiyyətlərinə aşağıdakılar aiddir:

  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişiklər edilməsi;
  • Birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • İllik hesabatın təsdiq edilməsi;
  • Birliyin başqa təşkilatlarda iştirakı;
  • Birliyin yenidən təşkili və ləğv edilməsi;
  • Birliyin icra oqranının rəhbərlərinin hesabatının dinlənilməsi;
  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

VI.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

VI.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

VI.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

VI.8. İcra orqanı İdarə Heyətinin sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • Birliyə üzv qəbul edilməsi və üzvlükdən azad edilməsi məsələsinə baxır;
  • Təkliflər və layihələr irəli sürür;
  • Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  • Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid olmayan digər səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.11. İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.

Sədr:

  • Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.. NTK-nın səlahiyyəti müddəti 2 (iki) ildir.
NTK-nın qərraları sadə səs çoxluğu ilə qəbul edilir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya onun ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansı tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönləndirilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VIII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-dən dövrü əhatə edir.