08.04.2022 | 14:30

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin üzvləri İKT-nin inkişafına dəstək məqsədilə o cümlədən bu sahədə olan çatışmazlığı təhlil etmək üçün sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir. Növbəti görüş ağıllı qurğuların istehsalı ilə məşğul olan "Allsmart Technologies" şirkətində olub. Şirkətin rəhbəri Elshad Huseynov görüş iştirakçılarına məlumat verib ki, rəhbər olduğu şirkət 2013-cü ildə fəaliyyətə başlayıb. Şirkət ağıllı qurğuların istehsalı, ev, bina avtomatlaşdırılması sisteminin istehsalı və quraşdırlması, “Ağıllıotel”, “Ağıllıofis” sistemləri, təhlükəsizlik, giriş-çıxışa nəzarət, avtomatik keçid sistemləri, LED lampaların istehsalı istiqamətində fəaliyyət göstərir. Şirkətin hal hazırda 100-dən çox adda məhsul istehsal edir Məhsullar 2017-ci ildən Elsmart ticarət markası adı altında Azarbaycanın ilk və tək ağıllı ev və bina idarəetməsi sistemləri olaraq istehsal edilməkdədir. Qeyd olunub ki, qurğuların “beyinləri” sayılan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlamaya qədər bütün proqram yazılımları “ELSMART”ın mühəndisləri tərəfindən aparılır. Məhsullar 100% yerli mütəxəssislər tərəfindən hazırlanır. Şirkət özəl istəklərə uyğun olaraq fərqli cihaz istehsalı sifarişləri də qəbul edir. İstehsal prosesi ilə tanış olan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “ELSMART”ın fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, ölkəmizdə hərtərəfli inkişaf prosesi telekommunikasiya və informasiya texnologiyaları sektorunun da inkişafına müsbət təsir göstərib və İKT-nin sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilmişdir. AİKTSA olaraq bu gün informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin hədəflərini, onların üzləşdikləri çətinlikləri, qarşıda duran vəzifələrini təhlil etmək üçün müvafiq plan üzrə işlər aparırıq. Artıq bu günə kimi bir çox dövlət və özəl qurumlarda görüşlər keçirilib və qarşıdakı illərdə görüləcək işlərlə bağlı strategiya müəyyən edilib. AİKTSA-ya üzv şirkətlərinin Auditi, Risklǝrǝ vǝ Keyfiyyǝtǝ nǝzarǝt, Monitorinq və Qiymǝtlǝndirmǝ üzrə görüşlər davam edir. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İT üzrə bütün növ məhsul və xidmətlərin kefiyyətinin yüksəldilməsinə və istifadəçiyə qədər olan prosesə, yəni istehsaldan istehlaka, #müştəri məmnuniyyətinə qədər prosesləri izləyir və qiymətləndirməyi davam etdirir.

Xəbər lenti

AİKTSA "E-qanun" mobil tətbiq versiyasının təqdimatında iştirak edib

İKT

09.09.2022

VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir? - Elvin Abbasov açıqlayır

İKT

20.09.2022

Ölkəmizdə İKT-nin inkişafını təşviq etmək məqsədilə birgə işlər görüləcək

İKT

10.10.2022