08.04.2022 | 14:30

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Ş.Əliyev bildirib ki, Elektron Təhlükəsizlik Xidməti ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi olaraq təhlil edir, internet informasiya ehtiyatlarının və informasiya sistemlərinin monitorinqini həyata keçirir, vətəndaşlardan və özəl qurumlardan daxil olan müraciətləri araşdırır və onlara metodiki dəstək göstərir. Həmçinin, Elektron Təhlükəsizlik Xidməti aktual kibertəhdidlər barədə məlumatlandırmanı, vətəndaşların, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini həyata keçirir. Görüşdə qeyd olunub ki, Elektron Təhlükəsizlik Xidməti ölkəmizdə kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması istiqamətində də layihələr həyata keçirir. “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, o cümlədən, kibertəhlükəsizlik sahəsində görülən işlər və gələcək layihələr barədə məlumat verib. Həmçinin, E. Abbasov Elektron Təhlükəsizlik Xidməti ilə gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan işlər və əməkdaşlıq istiqamətlərini açıqlayıb. Tərəflər arasında ikitərəfli görüşlərin bundan sonra da davamlı şəkildə keçirilməsi barədə razılıq əldə edilib.

Xəbər lenti

AİKTSA "E-qanun" mobil tətbiq versiyasının təqdimatında iştirak edib

İKT

09.09.2022

VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir? - Elvin Abbasov açıqlayır

İKT

20.09.2022

Ölkəmizdə İKT-nin inkişafını təşviq etmək məqsədilə birgə işlər görüləcək

İKT

10.10.2022