© 2022 All Rights Reserved.
08.04.2022 | 14:30
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyəti bugün AMEA Yüksək Texnologiyalar Parkında rezident olan “Troniq” MMC şirkətinin istehsal etdiyi sənaye yönümlü məhsullarla tanış olublar. Bu barədə AİKTSA-nın idarə heyyətinin sədri Elvin Abbasov məlumat verib. "AİKTSA-ya üzv şirkətlərinin Auditi, Risklǝrǝ vǝ Keyfiyyǝtǝ nǝzarǝt, Monitorinq və Qiymǝtlǝndirmǝ üzrə görüşlərə başlanılıb.Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İT üzrə bütün növ məhsul və xidmətlərin kefiyyətinin yüksəldilməsinə və istifadəçiyə qədər olan prosesə, yəni istehsaldan istehlaka, müştəri məmnuniyyətinə qədər prosesləri izləyib və qiymətləndirməyi planlayır. Texnologiyalar Parkının dəstəyi ilə Troniq şirkəti istehsal avadanlıqlarına ehtiyyat hissələrinin, qəliblərinin istehsal olunmasını və onların yığılmasını, programlaşmasını, avtomatlaşmasını yerli əməkdaşlarla təmin edir, orada yüksək bilik və bacarığa malik mühəndislər gecə gündüz əzimlə işləməkdədir. Biz orada istehsal edilmiş qəliblər, ehtiyyat hissələri, bu hissələrdən yığılmış işlək istehsal avadanlıqları və bu avadanlıqların istehsal etdiyi məhsullarla tanış olduq. Həmin avadanlıqlardan bir çox istiqamətdə istehsal etmək mümkündür, Troniq şirkətinin yaratmaqda olduğu milli robotlada əl verib görüşdük. Troniq şirkəti IOT texnlogiyası ilə işləmə bacarığı olan yerli bir şirkətdir. Assosasiya yerli şirkətlərin maddi texniki bazasının formalaşmasında onların şəraitlərinin münbitləşməsində bir çox töhvələr verməkdədir", deyə E.Abbasov bildirib. Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının Baş direktoru Vasif Abbasov İKT sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.Yüksək Texnologiyalar Parkının mövcud imkanlarında söz açıb. Qeyd edək ki, "Troniq" şirkəti öz milli məsuliyyətini dərk edən, ölkəmizin İKT sənayesinin inkişafı üçün daim çalışan Azərbaycan şirkətidir. AİKTSA-nın idarə heyyətinin sədri Elvin Abbasov, Assosiasiyanın Baş katibi Qəşəm Məmmədov Troniq MMC-nin fəaliyyətinin yüksək qiymətləndirib. Assosasiyanın imkanlarından geniş istifadə edərək Beynalxalq standartlara yiyələnməsini tövsiyyə edib.
AİKTSA "E-qanun" mobil tətbiq versiyasının təqdimatında iştirak edib
İKT
09.09.2022
VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir? - Elvin Abbasov açıqlayır
İKT
20.09.2022
Ölkəmizdə İKT-nin inkişafını təşviq etmək məqsədilə birgə işlər görüləcək
İKT
10.10.2022